Sehifemizde bezi herfleri oxuya bilmirsinizse, buradan Azerbaycan Şriftleri çekib, kompyuterinize qurun
www.AzeriMusic.Net
Xəbərlər Ensiklopediya Musiqi Lazımlı Əyləncə Əlaqə


- Arzu, diskotekaya bir daha getmə, tamamilə kar olarsan !
- Sağol anacan, mən artıq yeməyimi yemişəm.



Biri obirinə:
- Siz "Fiqaronun Toyuna" getmişdiz ?
- Yox, əzizim, ancaq təbrik teleqramını göndərmişəm.



"Riqoletto"da qadın partiyasını səsi olmayan bir müğənni oxudu. Sonda səhnəyə cıxanda, seyircilər onu fitə basıblar.
- Nə qədər də savadsız, qanmaz seyircilər var. Böyük Verdini fite basırlar !



Qastroldan qabaq orkestrin dirijoru hamını başa salır:
- Uçuruq İngiltərəyə, alırıq yun. Sonra gedirik Yaponiyaya, yunu satıb, alırıq texnikanı. Eve qayıdıb texnikanı satırıq, pul əldə edirik.. Hamıya aydındır ? Sualı olan var ?
- Alətləri götürək ?



Bir əlində kontrabasla biri dolu bir avtobusa minmək istəyir. Arxadakı ona:
- Zurna çalsaydınız bu qədər əziyyətli olmazdı !


- Siz buna niyə qulaq asırsınız ki ? Mosart burda aydın yazıb ki, bu fleyta və orkestr üçün konsertdir !



Pianocu skripka çalanın qulağına pıçıldayır:
- Siz 24 takt qabağa getmisiz !
- Heç kimə söyləməyin. Mən qatara gecikirəm.



Dirijor 25 ildir ki hər konsertdən qabaq pencəyinin cebindən bir kağız parçası çıxardıb ona baxır, sonra konsertə başlayır. Bir gün pencəyini stulda unudan dirijorun cebinə girib, kağızda yazılanları oxuyurlar:
- Skripkalar sağdadır, violonçellər soldadır..



Bir gün bir madmuazel Üzeyir Bəyə soruşur:
- Üzeyir Bəy, musiqinizi yazanda nələr fikirləşirsiz ?
- Bağışlayın madmuazel, heç nə fikirləşmirəm, sadəcə musiqi yazıram.



Simfonik orkestrində məşq gedir. Dirijor:
- Belə çalmaq olmaz ! Bu musiqidir ? Məşqdən əvvəl nə qədər içirsiz ! Bir dənə Fa !
- OOOOUUUİİİİİİİİİİİİ...
- Fa-Diyez !
- IIIIIOOOUUUİİİİİİİİ...
- Yox, yox. Lazim deyil. Ele Fa qalsın..


Geri Yuxarı İrəli

© "Sahil Group" - 2000
azerimusic@azerimail.net