- Mən dünənləri Şamamanın ad günündəydim. Orada tam iki saat pianino çaldım !
- Düz eləmisən. Mənim də ondan zəhləm gedir.
Hakim:
- Üzünüz mənə hardansa tanış gəlir.
- Bəli mən qızınıza solo dərsləri verirdim.
- 25 il həbs !!!
- Xorumuza adınızı yazdırın ! Çox razı qalacaqsınız ! Hər cümə günü yığışırıq, bir-iki istəkan vururuq, sonra anekdot danışırıq, bir balaca kart vururuq, rəqs zad...
- Çox maraqlıdır. Bəs oxumursunuz ?
- Aa, əlbəttə. Evə qayıdanda, yolda !!!
Musiqi məktəbində imtahan:
- Sən çonəcəksən. Biz pianinoda bir tuşa basacayıq. Sən tapmalısan. - Çönür. Bir nota çalırlar.
- Sən basmısan !!!
Kaset dükanında biri satıcıya bir mahnını başa salmağa çalışır:
- Sizde yoxdur bu mahnı: maç-maç... quc-quc... maç-maç... quc-quc...
- Bağışlayım, zümzümənizi başa düşə bilmədim. Bəlkə sözləri yadınıza düşər ?
- Bunlar elə sözlərdir də !

- Gənc müğənnilərdən biri Mirzə Babayevi öz solo konsertinə dəvət edir. Bir azdan tanınmış sənətkarın vəziyyəti pisləşir. Təcili tibbi yardım maşını ilə hadisə yerinə gəlmiş həkim, Mirzə dayıdan soruşur:
- Şikayətiniz nədəndir ?
- Repertuardan !!!
- Gənc bəstəkar dostuna yeni bəstələdiyi operanın uvertürasını dinlədir.
- Necədi ? Xoşuva gəlib ?
- Mükəmməldir !!! Ancaq bəzi yerləri mənə Motsarti xatırlatdı..
- Çox gözəl ! Motsartı hamı sevir !
- Yaxşı xormeystrla pis xormeystr arasındaki fərq nədədir ?
- Yaxşı xormeystr partituranı başında saxlayır, pis xormeystr isə başını partiturada !
Opera teatrının direktoru yeni dəvət elədiyi aktrisanın məşqində iştirak edir. Aktrisa orkestr ifasında bir ariya söyləyir. Direktor dirijora soruşur:
- Bağışlayın, bu hansı mahnıdır ?
Dirijor əsəbi bir şəkildə:
- Hansı ? Orkestrin çaldığı, yoxsa madamın oxuduğu ?!?!?
- Dünən axşam getmişdik "Spartaka" baxmağa.
- Hə ? Kiminlə oynayırdı ?!
|