Sehifemizde bezi herfleri oxuya bilmirsinizse, buradan Azerbaycan Şriftleri çekib, kompyuterinize qurun
www.AzeriMusic.Net
Xəbərlər Ensiklopediya Musiqi Lazımlı Əyləncə Əlaqə


- Bizim bir 20 aylık bəbəmiz böyüyəndə mütləq musiqişünas olacaq !
- Axı hardan bilmisiniz ?
- Dünənləri pianinodaki notlar yerə düşəndə, deyir ki, bəs: "Mama, Bax !"



Xor məşqində:
- Tenorlar, zehmet olmasa bir "Fa" verin ?
- Notları verin...



Konsertdə:
- Zehmet olmasa bir az yavaş danışın, axı heç nə eşidilmir.
- Daha da yavaş danışsaq, ümumiyyətlə heç nə eşitməzsiniz.



Simfonik orkestrinin dirijoru musiqiçilərə başa salır:
- İndi isə "Aidadan" qələbə marşını ifa edəcəyik.
Musiqiçilərdən biri:
- Bəs indicə nəyi ifa etmişdik ?



Başa düşmədim, axı nəyə görə bu müğənniyə bənzərsiz deyiblər ?
- Hər halda, başqalara bənzətmək ayıb olduğu üçün



- Maraqlıdır, siz niyə heç xor rəhbərinizin əsərlərindən heç nə ifa eləməmisiniz ?
- Konserti niyə xarab eləməliyik ?



Gənc pyanocu qız Cavan Zeynallıdan soruşur:
- Maestro, deyirlər ki, pyanocu doğulmak lazımdır. Bu söz sizə görə düzdürmü ?
- Tamamilə ! Doğulmamış fortepiano çalmaq mümkün deyil !



Hörmətli redaksiya, bu günlərdə atam həbsxanadan - kameradan çıxıb.
Bu münasibətlə bir kamera musiqisi səsləndirməyinizi xahiş edirəm.



Bu günün estradası müğənnilərin reklamından başqa bir şey deyildir.



Simfonik orkestrinin məşqi gedir, maestro yüzüncü dəfə eyni yeri çalmağı xahiş edir:
- İkinci skripka, siz yenə də ritmi itirmisiz. On yeddinci rəqəmdən bir daha təkrar edək.
Təkrar çalırlar. Maestro yenə də narazıdır:
- Durun... Durun bir dəqiqə ! Fleyta, burada la deyil, la-bemol olmalıdır ! Bir daha !
Axırda təbilçalan dayana bilmir və etiraz olaraq bütün baraban və təbillərə birdən vurur. Zalı dəhşətli səs bürüyür... Hamı susur...
Maestro başını qaldırıb, ağır baxışla orkestri süzür. Axırda soruşur:
- Hə, indi söyləyin, bunu kim eləyib ?


Geri Yuxarı İrəli

© "Sahil Group" - 2000
azerimusic@azerimail.net