|
|
Bütün həyatı boyunca Bülbül adıyla tanınan Murtuza Meşədi Rza oğlu
Məmmədov, 22 iyun 1897-ci ildə Şuşa yaxınlığındaki Xanbağı kəndində dünyaya göz açdı.
Kiçik yaşlarından məharətli zəngüllərinə görə xalq ona 'Bülbül' adı vermişdir. Bülbülün teatro
səhnəsinə ilk çıxışı M.C. Əmirovun 1916-cı ildə Gəncədə tamaşaya qoyulmuş 'Seyfəlmülk'
operası ilə bağlıdır. O, 1920-ci ildən bəri Birləşmiş Dövlət Teatrı opera truppasının solisti olmuşdur.
1924-cü ildən həmin teatr Azərbaycan Opera və Balet Teatrı adını daşımağa başladı. Bülbül 1927-ci ildə Baki
konservatoriyasını bitirib, həmin ildə vokal texnikasını daha da təkmilləşdirmək üçün dövlət
tərəfindən Milana göndərilmişdir. Birinci dəfə İtaliyaya 1924-cü ildə gedən Bülbül,
1931-ci ildə təkrar buraya gələrək vokal dərsləri almışdır. Bakıya qayıdan senedçi Azərbaycan
Dövlət Konservatoriyasında dərs deməyə başlamışdı. 1940-cı ildə Bülbül Professor ünvanına nail oldu.
Geniş diapazonlu, gözəl, məlahətli, axıcı səsə və böyük aktyorluq iste'dadına sahib olan Bülbül,
Azərbaycan vokal sənətinin inkişafında mühüm rol oynamışdır. Onun ifaçılığında milli vokal üslubu ilə italyan
vokal məktəbi ən. ənələri üzvi şəkildə birləşmişdi. Azərbaycan xalq mahnılarını,
təsnifləri böyük sənətkarlıqla ifa edən, Azərbaycan bəstəkarlarının kamera-vokal
əsərlərinin popularlaşmasında möhüm və xüsusi rola sahib olan Bülbül, oxuduğu mahnıların ifasında zəngin
boyalarla təkrarolunmaz obrazlar yaradaraq, bir çox köhnə Sovet ölkələrində və xaricdə də qastrol
vermişdir.
Bülbül eyni zamanda Azərbaycan milli vokal məktəbi ən'ənələrinin tədqiqi, rus və
Avropa opera mədəniyyəti ilə bu ən'ənələrin sintezi v.s. məsələlərə aid bir
çox əsərin müəllifidir.
Azərbaycan professional vokal məktəbinin banisi, musiqi folkloru tədqiqatçısı, Xalq Artisti, Dövlət
Mükafatı Laureatı, İtalianın Qaribaldi ordeni Laureatı olan Bülbül, 1961-ci il Sentyabrın 26-sında vəfat etmişdir.
|
| Mahnıları |
| 1 - Almanı Atdım Harala | 1,9 Mb |
 |
| 2 - Aşıq Yarı | 2,3 Mb |
 |
| 3 - Baxçada Güllər | 1,4 Mb |
 |
| 4 - Bu Gün Ayın Üçüdür | 1,7 Mb |
 |
| 5 - Əmək Nəğməsi | 1,9 Mb |
 |
| 6 - Gül Camalın | 3,6 Mb |
 |
| 7 - İntizar | 2,7 Mb |
 |
| 8 - Nolaydı | 2,5 Mb |
 |
| 9 - Nizamın Ariyası | 4,0 Mb |
 |
| 10 - Koroğlu Ariyası | 3,1 Mb |
 |
|
Siz
-ci qonağımızsınız.
"Sahil IRC"
© 2000 azerimusic@azerimail.net
|
|