www.AzeriMusic.Net
Xəbərlər Ensiklopediya Musiqi Lazımlı Əyləncə Əlaqə



Eyyub Zəkəriyyə oğlu Yaqubov 26 aprel 1965-ci ildə Bakı şəhəri Bayıl qəsəbəsində anadan olmuşdur. Özünün ilk təhsilini 49 saylı orta məktəbdə almışdır. Musiqiyə olan böyük maraq onun eyni zamanda 3№-li musiqi məktəbində oxumağı ilə əks olunur. 8 illik təhsilini orta məktəbdə bitirdikdə, 1980-ci ildə o Asəf Zeynallı adına Musiqi Texnikumunun fortepiano sinifinə daxil olur.

Texnikumda oxumaqla yanaşı o, Əlibaba Məmmədovun rəhbərlik etdiyi 'Xumayun' xalq instrumental ansamblında pianoçu işləyirdi. Bu ansambl ilə o, Azərbaycanın bütün regionlarında keçirilən konsertlərdə iştirak edirdi.

Hələ məktəbli olaraq, 3 saylı musiqi məktəbinin 7-ci sinif şagirdi Azərbaycan pianoçuları arasında keçirilən müsabiqədə birinci yeri tutmuşdur. Əlibaba Məmmədovun ansamblında işləyərək, klassik musiqi ilə yanaşı Eyyub xalq musiqisini də öyrənirdi.

1992-ci ildən etibarən populyarlıq qazanır. Həmin zamandan bəri 4 audio-kasset və 3 kompakt-disk buraxmışdır. Bunlar 1989-cu ildə çıxmış 'Duet Amburan' və 'Mister Əlibala', 2000-ci ildə - 'Ağabala Çaykovski', 2001-ci ildə - 'Ana'. 3 mahnısına - 'Ana', 'Kor ərəbin mahnısı' və 'Mənə dəniz verin' mahnılarına kliplər çəkdirib.


Eyyub Yaqubov haqqında daha ətraflı məlumatı onun səhifəsində tapa bilərsiniz.


Mahnıları
1 - Ana3,1 Mb    
2 - Azəri Torpağı1,7 Mb    
3 - Dəniz3,3 Mb    
4 - Ey təbibim3,6 Mb    
5 - Küləklər2,0 Mb    
6 - Nə pis şeydir məhəbət2,6 Mb    
7 - Son bahar3,5 Mb    
8 - Unutdun3,4 Mb    
9 - Yağış3,6 Mb    
10 - Yaşa məhəbbət3,6 Mb    


Siz -ci qonağımızsınız.
"Sahil IRC" © 2000
azerimusic@azerimail.net