www.AzeriMusic.Net
Xəbərlər Ensiklopediya Musiqi Lazımlı Əyləncə Əlaqə



Müslüm Məhəmməd oğlu Maqomayev adını aldığı məşhur Azərbaycan bəstəkar Əbdülmüslüm Məhəmməd oğlu Mağomayevin nəvəsidir. O, 17 Avqust 1942-ci ildə Bakıda anadan olmuşdur. Gənc yaşlalrından güçlü baritonuyla məşhur olan Müslüm, 1963-cü ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Ş.Məmmədovun sinifini bitirmişdir. Konservatoriyadan sonra dövlət tərəfindən təhsilini tamamlamaq məqsədi ilə İtaliyaya göndərilmiş və 1964-1965 illərdə Milanın ‘La Scala’ teatrında təcrübə kəçmişdir.

Müslümə geniş şöhrət qazandıran onun opera səhnəsində ifa etdiyi C.Rossininin ‘Sevilya Bərbəri’ operasında Fiqaro partiyasıydı. Onun gözəl və yumşaq tembrli gür səsi, ifasının tə’sirliyi, ruh yüksəkliyi və ifadəliliyi seyircilər arasında ona əvvəlcə opera səhnəsində, daha sonralar isə estrada da şöhrət qazandıırmışdır. Maqomayev, 1969-cü ildə Sopotta və Kannda keçirilən beynəlxalq mahnı müsabiqələrində Azərbaycanı təmsil edərək, ordan 1-ci mükafatla və qızıl valla ayrılmışdır. 1975-ci ildən təşkil etdiyi Azərbaycan Dövlət Estrada-Simfonik Orkestrinin bədii rəhbərliyini yürütmüşdür. Onunla Sovetlər Birliyinin bir çox şəhəriylə yanaşı Fransa, Bulqarıstan, Polşa, Finlandiya, Kanada, İranda konsertlər vermişdir.

1971-ci ildə haqqında ‘Oxuyur Müslüm Maqomayev’ film-konsert çəkilmişdir. İllər boyunca dinləyicilərin sevgisini qoramaya bacarmış Müslüm Maqomayev Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilmişdir.


Mahnıları
1 - Aslan-Şahın ariyası (“Şah İsmayıl”) 2,5 Mb    
2 - Arzu 3,7 Mb    
3 - Azərbaycan 3,2 Mb    
4 - Azərbaycanım 2,9 Mb    
5 - Həsən Xanin Ariyası 2,4 Mb    
6 - Mərdanın ariyası (“Vətən”) 2,2 Mb    
7 - Odlar Yurdu 2,6 Mb    
8 - Sənsiz 3,0 Mb    
9 - Şevgili Canan 1,3 Mb    
10 - Zübeydə 2,9 Mb    


© "Sahil Group" - 2000
azerimusic@azerimail.net