|
|
Məşhur Azərbaycan xanəndə Məcid Behbudalı oğlunun oğlu olan
Rəşid Behbudov, Tiflisdə 1915-ci ilin Dekabrın 12-sində anadan oldu. İfaçılıq fəaliyyeətinə 1930-cü
ildə Tiflisdə başlamışdır. 1938-44-cü illərdə Yerevan filarmoniyasının solisti olmuş, həmçinin A.Spendiyarov
adına Ermənistan Dövlət Opera və Balet Teatrında çıxış etmisdir. 1946-56-ci illərdə Azərbaycan
Dövlət Filarmoniyasının, 1953-60-cı illərdə fasilələrlə M.F. Axundov adına Azərbaycan Dövlət
Opera və Balet Teatrının solisti, 1957-59-cü illərdə Azərbaycan Dövlət Konsert Ansamblının təşkilatçısı
və rəhbəri olmuşdur. 1966-cı ildən, musiqi və estrada sənətinin balet, pantomima kimi, müxtəlif
janrları üzvi surətdə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil etmiş və oranın solisti
və bədii rəhbəri olmuşdur.
Zəngin çalarlı müstəsna gözəl səsə malik olan Behbudov, Azərbaycan vokal məktəbinin
görkəmli nümayəndələrindən biridir. Onun ifaçılığına hisslərin təbiiliyi və dolğunluğu,
səmimilik hasdır. Azərbaycan hanəndələri üçün səciyyəvi olan improvizə etmə
xüsusiyyəti Behbudov yaradıcılığında özünü orijinal şəkildə göstərmişdir.
Bütün köhnə Sovet ölkeleriylə yanaşı Albaniya, Bolqarıstan, Belçika, Misir, Efiopiya, Hindistan, Çin, Finlandiya,
İraq, İran, Türkiyə, Çili, Argentina v.s. ölkələrdə geniş repertuarıyla çıxış eden Behbudov, Azərbaycan
xalq mahnılarının və Azərbaycan bəstəkarlarının vokal əsərlərinin xarici ölkələrdə
popularlaşmasında böyük rol oynamışdır. Azərbaycan mahnıları ilə yanaşı o, 50-dən artıq xalqın mahnısını da
həmin xalqın dilində ifa etmişdir.
Səhnələrin ulduzu olan Rəşid Behbudovun ulduzu 1989 ildə söndü, və xalqın sevgilisi olan lirik
tenor heyata gözlerini yumdu. Fəqət ölməz sənədi yaşayır və milyonlarca insanları heyrete buraxmağa
dəvam edir.
|
| Mahnıları |
| 1 - Alagöz | 6,3
MB |
 |
| 2 - Ana | 5,3
MB |
 |
| 3 - Azərbaycanım | 2,3
MB |
 |
| 4 - Bayatılar | 3,0
MB |
 |
| 5 - Bakının Ulduzları | 2,2
MB |
 |
| 6 - Bahar Sənsiz | 4,8
MB |
 |
| 7 - Evləri var | 1,5
MB |
 |
| 8 - Gözəlim Sənsən | 5,2
MB |
 |
| 9 - Küçələrə Su Səpmişəm | 2,3
MB |
 |
| 10 - Lalələr | 4,1
MB |
 |
|
Siz
-ci qonağımızsınız.
"Sahil IRC"
© 2000 azerimusic@azerimail.net
|
|