|
|
Xalq arasında daha çox 'Toylar Kralı' kimi tanınan
Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub.
1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya,
İçəri Şəhərə köçür. Məhz buna görə də Səməd Səmədovu 'Bakılı balası'
adlandırırlar. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu
kimi dahi xadimlərlə birgə Bülbül adına musiqi məktəbinin skripka
sinfini bitirdikdən sonra Ə.Zeynallı adına Peşə Musiqi Məktəbinin nəzəriyyəçi
sinfinə daxil olur. Lakin Səməd Səmədov nəzəriyyədən tamamilə uzaqdır,
ona görə ki, onun yaradıcılıq aliyyətinin istiqaməti başqadır.
Artıq 25 ildir ki Səməd Səmədov səhnədə və toylarda çıxış edir. Böyük müddətə
baxmayaraq müğənniyə popularlıq yalnız 7 il əvvəl, Eldar Mansurovun bəstələdiyi
'Qızlar' mahnısını ifa etdikdən sonra gəlib. 2000-ci ildə əhali
arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi
olaraq 'Toylar Kralı' adını qazandı. Kralın başına tacı estradamızın
korifeyi Mirzə Babayev qoyub. Səməd Səmədov xalqın məhəbbətini özünün
ən böyük uğuru hesab edir. O, Müstəqil 'Qrant' Milli İçtimai
Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin
ifaçısıdır. Qeyd etmək lazımdır ki, Səməd Səmədov ötən onilliyin ən
yaxşı toy müğənnisidir. 2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun
baş prodüsser olduğu 'Ulduzlar Bağı'nda Səməd Səmədovun ad ulduzunun qoyulmuş.
Səməd Səmədov haqqında daha ətraflı məlumatı onun səhifəsində tapa bilərsiniz.
|
| Mahnıları |
| 1 - Bakılı balasıyam |
2,8 Mb |
 |
| 2 - Sensiz qalan dünya |
3,0 Mb |
 |
| 3 - Sevgimiz |
3,8 Mb |
 |
| 4 - Taleyimə qurban olum |
3,4 Mb |
 |
| 5 - Yenə görüşərik |
2,8 Mb |
 |
|
Siz
-ci qonağımızsınız.
"Sahil IRC"
© 2000 azerimusic@azerimail.net
|
|