www.AzeriMusic.Net
Xəbərlər Ensiklopediya Musiqi Lazımlı Əyləncə Əlaqə



Vaqif Əziz oğlu Mustafazadə 13 Mart 1940-ınci ildə Bakıda anadan olmuşdur. 1963-cü ildə A.Zeynallı Bakı Musiqi Məktəbini bitirdiktən sonra 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında ‘Qafqaz’ caz-triosunu yaratmışdır. 69-70-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinin solist-pianocusu olmuş, 70-ci ildə ‘Leyli’ adlı ilk qadın vokal kvartetinə, 71-77-ci illərdə ‘Sevil’ vokal-instrumental ansamblına, 77-79-cu illərdə isə ‘Muğam’ instrumental ansamblına rəhbərlik etmişdir.

Azərbaycan xalq musigilərin, muğamdakı improvizasiyalarda caz elementləri görmüş Vaqif Mustafazadə, yeni və original bir janr ortaya çixardır. Azərbaycan caz məktəbinin qurucusu olan Mustafazadə, öz heç bir başqa əsərə oxşamayan kompozisiyalarla bir çox müsabiqədə Azərbaycanı təmsil etmişdir. Beləliklə ‘Tallin – 66’, ‘Tbilisi – 78’ Umumittifaq caz festivallarının laureatı olmuş, bəstəkarların Monte-Karloda 8-ci Beynəlxalq caz müsabiqəsində (Monako, 1978) 1-ci mükafata laiq görülmişdir. Muğamları və xalq havalarını orijinal ifaçılıq üslubuyla işləyən Vaqif Mustafazadə, dünyada Azərbaycanın adını tanıtmışdır. Ayrıca fortepiano və simfonik orkestr üçün konsertinin, bitirə bilmədiyi‘Muğam’ simfoniyasının müəllifi olan Vaqif, 1979-cu ildə Azərbaycan Respublikası əməkdar artisti fəxri adına laik görülmüşdür. Vagif Mustafazadə 16 Dekabr 1979-cu ildə vefat etmişdir. 1982-ci ildə vəfatından sonra ona Azərbaycan Dövlət Mükafatı laureatı adı verilmişdir.

Vaqif Mustafazadə haqqında daha ətraflı məlumatı
ona həsr olunmuş səhifədən ala bilərsiniz.


Mahnıları
1 - Aman ovçu2,8 Mb
2- Ay Pəri 5.1 Mb
3 - Əzizə3,0 Mb
4 - Bayatı2,2 Mb
5 - Düşüncə2,9 Mb
6- Melodiya 4.1 Mb
7- Qızıl Üzük 4.8 Mb
5 - Zibeydə2,0 Mb


© "Sahil Group" - 2000
azerimusic@azerimail.net