Sehifemizde bezi herfleri oxuya bilmirsinizse, buradan Azerbaycan Şriftleri çekib, kompyuterinize qurun
www.AzeriMusic.Net
Xəbərlər Ensiklopediya Musiqi Lazımlı Əyləncə Əlaqə

..:: Eyyub Yaqubovun yeni saytı ::..
İyunun 10-da 'Capitol' gecə klubunda Eyyub Yaqubovun yeni 'Unutdun' adlı albomu və rəsmi veb saytının təqdimetmə mərasimi keçirilmişdir. Müğənninin yeni saytı əvvəlki www.eyyubyaqubov.com ünvanında yerləşən veb saytı təqdim olundu.
'Unutdun' adlı albomda Nadir Əzimov, Aygün Səmədzadə, Elçin İmanov kimi bəstəkarların mahnıları özünə yer tapmışdır. CD 13 mahnıdan ibarətdir. Təqdimetmə mərasimində Flora Kərimova, Ədalət Şükurov, Anar Nağılbaz, Elmira Ələkbərzadə, İlqar Muradov kimi sənətçilər öz ifaları ilə toplantını bir azda canlandırdılar. Mərasim Eyyubun əvəzolunmaz ifası ilə sona çatdı.
..:: Samir ilə İlqarə klipdə ::..
Bu günlərdə İnternet saytı açılan müğənni Samir Bağırovun iyun ayında Respublika Sarayında Aygün Kazımova ilə konsert verəcəyi gözlənilir. Bundan əlavə, o, Aygün xanımın qızı İlqarə ilə birlikdə yeni bir klip də hazırlayır. Mahnı duet şəklində olacaq və anaya, dosta məhəbbətdən danışacaq. Təbii ki, mahnıda Aygün Kazımovanın da səsi eşidiləcək.
..:: Pulsuz konsert ::..
Respublika Sarayını ‘kirayələməyə’ o qədər də imkanı olmayan, ürəyi mahnılarla dolu Abbas Əhməd, deyəsən, çıxış yolu tapıb. O. Yaxın bir ayda ‘Fəvvarələr’ meydanında solo konsert verməyə hazırlaşır. Bu xərcin az çıxması ilə bahəm, onun fanatları üçün də sürpriz olacaq. Belə ki, Abbas sənətini sevənlər və onun üçün darıxanlar biletsiz-filansız konsertə baxa biləcəklər.
..:: Nazpəri xanım yenə gedir ::..
Son zamanlar səfərlərdən doymayan Nazpəri Dostəliyeva sabah da ‘Dədə Qorqud’ folklor festivalında çixiş etmək üçün yola düşməyə hazırlaşır. O, bu festivalda aşıq sənətini nümayiş etdirəcək. Müşayətçiləri isə ‘İrs’ folklor ansamblı olacaq
..:: Faiq Arçi ilə dostlaşıb ::..
Faiq Ağayev Tbilisidə möhtəşəm konsert salonlarının birində çıxış edəcək. Bunun nə vaxt olacağı hələlik, bəlli olmasa da, Faiqin populyar gürcü müğənnisi Arçi ilə birlikdə konsert verəcəyi gözlənilir.
..:: Samir Bağırov azərbaycandillilərə hörmət etmir? ::..
Dünən 'Avropa' otelinin 'Tunnel' disko-barında daha bir müğənni öz şəxsi internet saytının təqdimat mərasimini keçirdi. İnternet vasitəsilə dünyaya çıxan bu dəfəki müğənni 'İlin kişi müğənnisi' Samir Bağırov idi. Qeyd edək ki, bu layihə 'Flexible Solutions' şirkəti tərəfindən reallaşdırılıb. Tədbirdə müğənninin həmkarı Aygün Kazımova, onun prodüseri Nailə xanım və 'Flexible Solutions' şirkətinin əməkdaşı Mehdi iştirak edirdi.
Keçək mətləbə. Samir Bağırovun pərəstişkarları bu gündən 'www.samirbagirov.com' ünvanına baş çəkərək, öz kumirləri haqqında istənilən informasiyanı əldə edə bilərlər. Sayt əsasən 8 hissədən ibarətdir: tərcümeyi-hal, video-kliplər, mahnılar, lirika, pressa, foto-şəkillər, səsvermə və məktub yazmaq üçün guşə. Lirika direktoriyası özündə mahnıların mətnlərini birləşdirir. Kliplərə gəlincə isə Samirin hələlik iki klipi - 'Sevgilim' və 'Yağışın nəğməsi' bura daxil edilib. Saytda olan bütün informasiyalar vaxtaşırı təzələnəcək. Bunlar hamısı öz yerində. Amma... 'Əmma'sı budur ki, Samirin yaradıcılığını, həyatını, sənətini bütünlüklə əks etdirəcək bu sayt ancaq rus və ingilis dillərindədir. Görünür, öz ana dilində bir cümlə də deyə bilməyən müğənni, ümumiyyətlə, Azərbaycan dilinin varlığını ya unudub, ya da bu dilli pərəstişkarlarına, sadəcə, hörmətsiz yanaşıb.
Sayt təqdim edildikdən sonra Aygünlə Samir yaxın gələcəkdə birgə həyata keçirəcəkləri planlardan, layihələrdən danışdılar. 

..:: Budu ha, konsert başlayır... ::..
Zülfiya Xanbabayevanın may ayı başlayandan necə deyəllər, “başını qaşımağa” vaxtı yoxdur. Ayın 31-də Respublika Sarayında solo-konsert verməyə hazırlaşan müğənni ciddi çalışır. Konsertdə onu “Rast” qrupu müşaiyət edəcək, rəqslər isə Gürcüstandan dəvət olunmuş qrupun ifasında olacaq. Konsert üçün bütün quvvəsini səfərbər edən Zülfiyyə xanım dekorasiya, kostyum problemləri ilə dəməşğuldur. Repertuara gəldikdə isə, Zülfiyyə solo-konsertində bir sıra yeni mahnılar da ifa edəcək.
Xatırladaq ki, bu, planlarının reallaşacağına inanan müğənninin ikinci solo-konsertidir. Mayın 31-nə isə bir şey qalmayıb. Papağını fırladırsan, bir də görürsən ki, budu ha, konsert başlayır...

..:: Almazımız yenə parlayacaq ::..
Xeyli vaxtdır səhnədə görünməyən sevimli müğənnimiz Almaz Ələsgərli yenidən fəaliyyətə başlayacaq. Məlum olduğu kimi, bir neçə ay əvvəl burnunda plastik əməliyyat etdirən müğənninin bəzi narahtlıqları var idi. Bir qədər əvvəl anasını itirməsi də onun meydandan kənara çəkilməsinə səbəb olmuşdu.

..:: Aygün aparıcılıq edəcək. ::..
Aygün kazımova “Space” telekanalında “Aygün-Kamran-şou” verilişində Kamran Həsənli ilə birlikdə şou-aparıcı kimi çıxış edəcək. Yay aylarında isə müğənni yeni mahnılar və kliplər üzərində işləyəcək.

..:: Brilyant “1001 gecə”də ::..
Brilyant Dadaşova “Səninləyəm” adlı kompakt diskini hazırladıqdan sonra bu mahnıya klip çəkdirməyi düşünür. “1001 gecə” süjeti əsasında qurulacaq bu klipdə Brilyant xanım Şəhrizad olacaq

..:: Yekuna az qalıb ::..
Aprelin 29-da Bakı Musiqi Akademiyasında nəfəs və zərb alətləri ifaçılarının Fikrət Əmirov adına VI respublika müsabiqəsinin açılışı oldu. Yarış üç mərhələdə davam etdiriləcək. Qəliblərin adları mayın 7-də açıqlanacaq. Həmin gün laureatlar bir daha öz musiqi duyumlarını nümayiş etdirəcəklər.
..:: Həmişəcavan tərzan ::..
Aprelin 26-da Bakı Musiqi Akademiyasında xalq artisti Ramiz Quliyevin 55 illik yubileyinə həsr olunmuş tədbir keçirildi. Həmin gün virtuoz tarzən yeni repertuarıla pərəstişkarlarını sevindirdi. Yubilyarı Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edirdi.
..:: Bu dəfə "Bayatı-Şiraz" ::..
"Şur" muğamını ekranara gətirmiş rejissor Arif Qaziyev bu dəfə "Bayatı-Şiraz" muğamının motifləri əsasında film çəkmək niyyətindədir. Çəkilişlərin respublikamızın bir sıra tarixi abidələrində aparılması nəzərdə tutulub. Rejissor baş rola tanınmış xanəndə Alim Qasımovu dəvət edib.
..:: Zeynəb xanım konsertə hazırlaşır ::..
Müğənni Zeynəb Xanlarova ilk dəfə olaraq Tehran və Təbriz şəhərlərində solo konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Bununla bağlı hazırda danışıqlar aparılır. Mayın ortalarında isə müğənni Sankt-Peterburq şəhərində çıxış edəcək. Həyatından və yaradıcılığından bəhs edən "Zeynəb" adlı üç hissəli sənədli filmin çəkilişləri başa çatandan sonra isə mğənni Bakıda Respublika Sarayında solo konsert keçirəcək. Konsertin ikinci hissəsində isə müğənnidən bəhs edən filmin təqdimat mərasimi keçiriləcək.

Geri Yuxarı

Siz -ci qonağımızsınız.
"Sahil IRC" © 2000
azerimusic@azerimail.net